Strasburqda İşgəncələrə Qarşı Avropa Komitəsinin 25 illiyi ilə əlaqədar beynəlxalq konfrans keçirilib

 Strasburqda İşgəncələrə Qarşı Avropa Komitəsinin 25 illiyi ilə əlaqədar beynəlxalq konfrans keçirilib
# 06 mart 2015 10:36 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Fransanın Strasburq şəhərində İşgəncələrə Qarşı Avropa Komitəsinin (CPT) 25 illiyi ilə əlaqədar beynəlxalq konfrans keçirilib.


Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, konfransda Ədliyyə Nazirliyini İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin baş məsləhətçisi Kamil Mustafayev və Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Ruslan Cumayev təmsil ediblər.

Tədbirdə “Həbsxanalarda səhiyyə”, “Cəzasızlığa qarşı mübarizə”, “Yuvenal ədliyyə”, “Tək kameralarda saxlanılma” və “Psixiatriyada yeni CPT standartlarına doğru” mövzularında müzakirələr aparılıb.

Azərbaycan nümayəndə heyəti tərəfindən Azərbaycan Respublikasının penitensiar müəssisələrində saxlanma şəraitinin yaxşılaşdırılması və pis rəftar, işgəncə və cəzasızlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətində görülmüş işlər barədə tədbir iştirakçıları məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR