Türkiyə prezidenti parlamenti yeni konstitusiya hazırlamağa çağırıb

Türkiyə prezidenti parlamenti yeni konstitusiya hazırlamağa çağırıb
# 04 noyabr 2015 21:39 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Ərdoğan Ankarada yerli özünüidarəetmə orqanlarının rəhbərləri qarşısında çıxışı zamanı deyib.

“Türkiyə yeni konstitusiya ilə bağlı məsələni həll etməlidir, bu noyabrın 1-də (növbədənkənar parlament seçkiləri günü – red.) aldığımız ən mühüm mesajdır. Xalq bunu gözləyir. Mən ümid edirəm ki, deputatlar yeni konstitusiyanın hazırlanmasına dair öz tövhələrini verəcəklər”, deyə Ərdoğan bildirib.

Bundan əvvəl Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın hakimiyyətin konstitusiyada dəyişikliklərin edilməsi ilə bağlı ölkədə referendum keçirəcəyini istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR