Vladimir Putin: “KTMT Əfqanıstan və İŞİD-dən gələn təhlükələrə qarşı adekvat və preventiv tədbirlər görməyə hazır olmalıdır"

Vladimir Putin: “KTMT Əfqanıstan və İŞİD-dən gələn təhlükələrə qarşı adekvat və preventiv tədbirlər görməyə hazır olmalıdır"
# 23 dekabr 2014 11:22 (UTC +04:00)

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTKT) dövlət başçılarının sammitində çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib.

“Dünyadakı çətin dövr KTMT ölkələrindən yeni-köhnə təhlükələrə və çağırışlara qarşı razılaşdırılmış və kollektiv tədbirlər görməyi tələb edir. Terrorçu və ekstremist qruplar öz fəallıqlarını Orta Asiyada yaymağa cəhd göstərir. Ona görə də KTMT Əfqanıstan və İŞİD-dən gələn təhlükələrə qarşı adekvat və preventiv tədbirlər görməyə hazır olmalıdır", - deyə Rusiya dövlət başçısı qeyd edib.

Qeyd edək ki, bu gün Kremldə KTMT dövlət başçılarının iclası keçirilir. Sammitdə Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Almazbek Atambayev, Tacikistan prezidenti İmaməli Raxmon, Ermənistan prezidenti Serj Sarkisyan və KTMT baş katibi Nikolay Bordyuja iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR