“Euronews” telekanalında Mstislav Rostropoviç festivalı haqqında reportaj yayımlanıb

“Euronews” telekanalında Mstislav Rostropoviç festivalı haqqında reportaj yayımlanıb
# 26 may 2015 07:46 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Euronews” telekanalının “Le mag” proqramı mayın 17-dən 24-dək Bakıda keçirilmiş VIII Beynəlxalq Mstislav Rostropoviç festivalı haqqında reportaj yayımlayıb.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, reportajda Mstislav Rostropoviçin 100 illik yubileyinə həsr olunmuş festivalın 8 il əvvəl əsasının qoyulduğu bildirilir.

“Bakıda Mstislav Rostropoviç festivalı” adlı reportajda Qaydna, Vivaldi, Leonkavallo, Çaykovskinin əsərlərinin Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, o cümlədən Rikkardo Mutinin idarəçiliyi ilə Luici Kerubini Gənclər Simfonik Orkestri, konsertin bədii rəhbəri və baş dirijoru Rikkardo Mutinin ifasında səsləndiyi qeyd olunur.

Reportajda festivalın bədii rəhbəri Olqa Rostropoviçin atası haqqında verdiyi geniş məlumatlar da yer alıb.

Bununla yanaşı, reportajda məşhur skripkaçı Arsenin Çubaninin və saksafon ustası İqor Butmanın Rostropoviç və festival haqqında fikirləri də geniş yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR