Millimiz Norveç klubunu məğlub edib

Millimiz Norveç klubunu məğlub edib
# 25 fevral 2015 14:40 (UTC +04:00)

Bakı – APA. 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində 3-cü matçda qüvvəsini sınayıb.

Təbriz Həsənovun yetirmələri Norveç təmsilçisi “Konnerud”un U-17 komandası ilə görüşüb. Məhsuldar keçən qarşılaşmada millimiz qalib gəlib – 4:2.

Qeyd edək ki, bunadək iki görüşə çıxan yığmamız İsveçrənin “Benfika” klubunun U-17 komandasını 9:0 məğlub edib, Belarusun U-17 millisinə 1:2 uduzub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR