Baş nazirin müavini: “Dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsinə çalışmaq lazımdır”

Baş nazirin müavini: “Dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsinə çalışmaq lazımdır”
# 23 oktyabr 2014 09:04 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib. Baş nazirin müavini bildirib ki, dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsinə çalışmaq lazımdır: “Dünyanın əksər ölkələrində belədir və güman edirəm ki, Azərbaycan da bu yolla getməlidir. Bu istiqamətdə müəyyən addımlar atılıb və işlər görülüb. Biz çalışmalıyıq ki, insanların ala bilməsi üçün dərman preparatlarının qiymətləri optimal olsun. Eyni zamanda, nəzərə alınmalıdır ki, Azərbaycanda dərman preparatları istehsal olunmur və dərmanlar əsasən ölkəyə idxal olunur. Elə etmək lazımdır ki, sahibkarlar da o dərmanları ölkəmizə gətirməyə maraqlı olsunlar. Burada iki tərəfin marağı nəzərə alınmalıdır. Birincisi sahibkarın, çünki bu maraq nəzərə alınmasa, sahibkar dərmanları Azərbaycana gətirmək istəməyəcək. İkincisi isə vətəndaşın marağı nəzərə alınmalıdır. Bu iki marağın uzlaşdırılması o qədər də asan deyil. Amma bu istiqamətdə işlər gedir və yaxın zamanda bunun şahidi olacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR