Sergey Lavrov: “Moskva “Azad Suriya Ordusu”na kömək etməyə hazırdır

Sergey Lavrov: “Moskva “Azad Suriya Ordusu”na kömək etməyə hazırdır
# 24 oktyabr 2015 19:58 (UTC +04:00)

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bunu Sergey Lavrov “Vesti v subbotu” televiziya verilişində deyib.

Lavrov Rusiyanın Suriyada bütün siyasi qüvvələr ilə təmas quran yeganə ölkə olduğunu qeyd edib: “Biz konkret olaraq tək Bəşər Əsədin və ya tək müxalifətin maraqlarını nəzərə almaq istəmirik. Biz, bütövlükdə, Suriyanın maraqlarını nəzərə almaq istəyirik. Suriya üçün dinc şəraitin yaradılması, müharibənin tezliklə başa çatması, terrorçuların Dəməşqdə və yaxud ölkənin hər-hansı hissəsində hakimiyyəti ələ ala bilməməsi vacibdir”.

Qeyd edək ki, Rusiya XİN rəhbəri bu gün misirli həmkarı Sameh Şükri ilə Suriya münaqişəsinin nizamlanmasında əməkdaşlığa dair razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR