Lukaşenko: “Minsk heç kimə ölkənin sabitliyi və ərazi bütövlüyünü pozmağa imkan verməyəcək”

Lukaşenko: “Minsk heç kimə ölkənin sabitliyi və ərazi bütövlüyünü pozmağa imkan verməyəcək”
# 03 iyul 2016 10:18 (UTC +04:00)

Bakı-APA. Belorus prezidenti Aleksandr Lukaşenko ordunu gücləndirəcəklərini və heç kimə ölkənin sabitliyini və ərazi bütövlüyünü pozmağa imkan verməyəcəklərini bəyan edib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Belorusun Müstəqillik Günü ilə əlaqədar Minskdə keçirilən parada çıxış edən A. Lukaşenko deyib ki, təəssüf ki, hələ də beynəlxalq münasibətlərin arsenalında əsas arqumentlərdən biri kimi hərbi güc qalmaqdadır.

Belorus prezidenti bildirib ki, harada xalq bütövlüyünü və ölkəsinin müstəqilliyini qiymətləndirir, özünü qorumağı bacarmalıdır: “Ona görə də Belorus ordusunu gücləndirməyə, ən müasir silah və texnika ilə təmin etməyə davam edəcək”.

A. Lukaşenko buna misal olaraq Belorus hərbi-sənaye kompleksinin yeni məhsulu olan “Polonez” reaktiv yaylım atəş sistemini göstərib. Eyni zamanda Belarusun kosmik dövlət statusu olduğunu xatırladıb: “Hər bir Belorus sakini əmin olmalıdır ki, heç kimə ölkənin sabitliyini, suverenliyi və ərazi bütövlüyünü pozmağa imkan verilməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR