Qalıqları tapılanların kimliyinin müəyyən edilməsinin hansı üsullarla aparıldığı məlum olub

Qalıqları tapılanların kimliyinin müəyyən edilməsinin hansı üsullarla aparıldığı məlum olub
# 30 aprel 2024 12:27 (UTC +04:00)

Aşkar edilmiş insan qalıqlarının kimlərə məxsus olmasının fərdiləşdirilməsində istifadə olunan əsas üsullardan biri kimi məhkəmə-genetik ekspertizasının aparılmasını qeyd edərdim.

APA xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi informasiya vasitələri üçün brifinqində Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev aşkar edilmiş insan qalıqlarının şəxsiyyətinin müəyyən edilməsinin hansı üsullarla aparılması ilə bağlı suala cavabında deyib.

Orxan Rzayev qeyd edib ki, bunun üçün Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsində məlumat bankı yaradılıb, itkin düşmüş şəxslərin yaxın qohumlarından genetik nümunələr götürülməklə həmin banka daxil edilib: “Aşkar edilmiş meyit qalıqlarının genetik profili çıxarıldıqdan sonra bankda olan məlumatlarla eyniləşdirilməsi nəticəsində qalıqların kimə məxsus olması tam dəqiqlikdə müəyyən edilir.

Bundan əlavə, itkin düşmüş şəxslərin fərdi əlamətləri, itkin düşdükləri yer barədə məlumatlar istintaq orqanı tərəfindən toplanmaqla təhlil edilir və vahid məlumat bazasında toplanılır. Bu da bizə bir sıra hallarda aşkar edilmiş kütləvi məzarlıqda olan meyit qalıqlarının kimə məxsus olmasını ehtimal etməyə və məhkəməyə genetik ekspertizası zamanı lazım olan nümunələri əgər banka daxil edilməyibsə, daha sürətlə əldə etməyə, işimizi sürətləndirməyə imkan verir. Bu məsələdə bütün dövlət qurumların koordinasiyalı və səmərəli fəaliyyətinin son dərəcə önəmli olmasını vurğulamaq istərdim”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR