Paşha Bank
Bank Of Baku

Adam öldürdüyünə görə axtarışda olan ata-oğulun məhkəməsi başlayır

Adam öldürdüyünə görə axtarışda olan ata-oğulun məhkəməsi başlayır
# 12 aprel 2019 19:06 (UTC +04:00)

Qətldə təqsirləndirilən Mübariz Əzimov və oğlu Ruslan Əzimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ONA-nın xəbərinə görə, cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Telman Hüseynovun icraatında araşdırılacaq.

Qeyd edək ki, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış, eləcə də profilaktiki tədbirlər nəticəsində Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olan Ağdam rayon sakinləri Mübariz Əzimov və oğlu Ruslan könüllü olaraq Polis Bölməsinə gələrək istintaqa təslim olublar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR