Mirmahmud Mirəlioğlu: “Müxalifətin yeni birliyi mümkün ola bilər”

Mirmahmud Mirəlioğlu: “Müxalifətin yeni birliyi mümkün ola bilər”
# 12 aprel 2013 13:20 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Biz müxalifətin bütün kütləvi aksiyalarında iştirak edəcəyik”. Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.

KXCP sədri müxalifətin funksional əməkdaşlıq sahəsindəki apardığı müzakirələrə toxunaraq bildirib ki, müxalifətin yeni birliyi mümkün ola bilər: “Bu istiqamətdə müzakirələr gedir. Biz müxalifətin bütün kütləvi aksiyalarında iştirak edəcəyik. Çünki Klassik Xalq Cəbhəsi Partiyası Azərbaycanda mövcud olan demək olar ki, bütün birliklərdə öz nümayəndəsi ilə təmsil olunur”.

M.Mirəlioğlu seçki ilə bağlı görülən işlərdən danışaraq partiyanın strukturları ilə müzakirələr aparıldığını və Seçki Məcəlləsinə uyğun olaraq cari işlərin görüldüyünü qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR