“Azərbaycan Dəmir Yolları” Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

“Azərbaycan Dəmir Yolları” Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq
# 10 iyul 2015 07:07 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamentində Ramazan bayramı ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Qurumun mәtbuat katibliyinin rәisi Nadir Әzmәmmәdovun APA-ya verdiyi mәlumata görә, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür: "Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək. Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR