Ötən ay Azərbaycanda xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri 11%-ə yaxın bahalaşıb

Ötən ay Azərbaycanda xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri 11%-ə yaxın bahalaşıb
# 09 iyun 2015 09:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin may ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 9,3%, o cümlədən mədənçıxarma sənayesi üzrə 10,5%, emal sənayesi üzrə isə istehsalçı qiymətləri 2,8% bahalaşıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin may ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 2,2% ucuzlaşma, xam neft və təbii qaz hasilatı üzrə 10,6%, metal filizlərinin hasilatı üzrə isə istehsalçı qiymətlərində 1,3% bahalaşma müşahidə olunub.

May ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri toxuculuq sənayesi üzrə 1,4%, tikinti məmulatlarının istehsalı üzrə 0,1% ucuzlaşıb, kimya sənayesi üzrə 14,9%, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 4,5%, maşın və avadanlıqların istehsalı üzrə 3,9%, neft məhsullarının istehsalı üzrə 3,5%, geyim istehsalı üzrə 2,7%, içki istehsalı üzrə 2,5%, qida məhsullarının istehsalı üzrə 1,8%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 1,5%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,5%, metallurgiya sənayesi və elektrik avadanlıqlarının istehsalı üzrə 0,2%, tütün məmulatlarının istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1% bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR