Tovuzda baş verən yol qəzasında 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO

Tovuzda baş verən yol qəzasında 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 24 iyul 2014 15:48 (UTC +04:00)

Tovuz Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Tovuz rayon sakini, 1963-cü il təvəllüdlü Elşən Ələkbər oğlu Cəfərovun idarə etdiyi 10 TN 759 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı avtomobillə sürücüsü hələlik məlum olmayan 99 FT 409 dövlət nömrə nişanlı “Opel” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ 2106”-da olan sərnişin, 1972-ci il təvəllüdlü Cəlil Səlim oğlu İsayev hadisə yerində ölüb, avtomobilin sürücüsü və digər sərnişinlər - 1970-ci il təvəllüdlü Yavər Səlim oğlu İsayev, Namiq İsa oğlu Murquzov və “Opel” markalı avtomobildə olanlar - 2000-ci il təvəllüdlü Əli Yaşar oğlu Abdullayev və 1978-ci il təvəllüdlü Şahlar Tahir oğlu Mustafayev müxtəlif dərəcəli xəsarətlər alıblar. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

***

saat 17.55

Bakı. Fuad Cəfərov - APA. Tovuzda yol qəzası baş verib.


APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Tovuz rayonu Böyük Qışlaq kəndində (rayon mərkəzindən 31 km aralı) vətəndaşlara məxsus VAZ və “Opel” markalı minik avtomobilləri toqquşub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində VAZ markalı minik avtomobilinin sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb, deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR