Kapello Rusiya Futbol Federasiyasını məhkəməyə verəcək

Kapello Rusiya Futbol Federasiyasını məhkəməyə verəcək
# 07 may 2015 22:56 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, tərəflər arasındakı münasibətlərin pisləşməsinin əsas səbəbi maliyyə məsələsidir.

Fabio Kapellonun oğlu və meneceri Pyer Flipp Kapello jurnalistlərə açıqlamasında bildirb ki, RFF atasının son aylardakı maaşının ödənilməsini gecikdirib. Üstəlik rusların ödəmələri xarici valyutanın aşağı kursu ilə ödəməsindən də narazı qalan italiyalılar bu barədə məhkəməyə müraciət etməyə hazırlaşırlar:

“Biz əvvəlcə bu barədə RFF-yə yazılı müraciət etmək istəyirik. Ancaq bir nəticə çıxmasa məcburuq ki, haqqımızı hüquqi yollardan arayaq. Hər kəs başa düşməlidir ki, ortalıqda müqavilə varsa, onun şərtlərinə əməl olunmalıdır”.

Hadisəyə şərh verən RFF-nin baş katibi Anatoli Varabyov bu haqda hüquqşünasların fikir bildirmələrinin daha doğru olacağını düşündüyünü deyib:

“Kapello məhkəməyə müraciət edəcək? Allah eşqinə... Bu ki əla təqdimatdır”.

Xatırladaq ki, italiyalı mütəxəssis Rusiya yığmasında çalışmaqla ildə 7 milyon avro qazanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR