Ötən gün Bakıda torpaq sürüşməsi baş verən ərazidə araşdırma aparılıb

Ötən gün Bakıda torpaq sürüşməsi baş verən ərazidə araşdırma aparılıb
# 24 noyabr 2014 09:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabrın 23-də Bakının Binəqədi rayonunda baş verən torpaq sürüşməsi faktına münasibət bildirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geologu Ələmdar Piriyev APA-ya açıqlamasında deyib ki, torpaq sürüşməsinin baş verdiyi Binəqədi rayonu Biləcəri qəsəbəsi Qabil Süleymanov küçəsi, 42-də ərazisində əməkdaşlar tərəfindən müvafiq araşdırmalar aparılıb. Onun sözlərinə görə, həmin ərazidə torpaq sürüşməsi havaların yağıntılı keçməsi nəticəsində baş verib: “Belə ki, həmin ərazidə görülən işlən nəticəsində bünövrə açılıb və oradan çıxan torpaqları əraziyə töküblər. Həmin torpaqlar başqa yerə daşınmayıb, atmosfer çöküntülərinin axması ilə əlaqədar həmin sahədə sürüşmə olub. Həmin ərazi də sürüşmə sahəsidir. Hazırda ərazidə aktivləşmə yoxdur, vəziyyət stabildir və narahatçılığa əsas yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR