Bakıda iki nəfər çoxmərtəbəli binanın damından özünü atmaq istəyib

Bakıda iki nəfər çoxmərtəbəli binanın damından özünü atmaq istəyib
# 25 iyun 2016 08:18 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda iki nəfər intihara cəhd edib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasmal rayonunda 2 nəfərin intihar məqsədilə tikilməkdə olan onaltımərtəbəli binanın damına çıxması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər və hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşlarla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb. İntihara cəhd edən şəxslar aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR