Bank Of Baku

Hacıqabulda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Hacıqabulda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
# 24 aprel 2018 14:01 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Hacıqabul rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

 

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, SKMF Hacıqabul rayonunda işgüzar forum keçirib.

 

İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Hacıqabul rayonu üzrə sahibkarlıq subyektlərindən intensiv bağçılıq və pambıqçılıq təsərrüfatlarının, kompozit və plastik qablaşdırma materialları və quru meyvə istehsalı müəssisələrinin yaradılması, həmçinin cins heyvandarlıq və taxıl anbarı komplekslərinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

 

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR