Avropa oyunları zamanı terror barədə yalan məlumat verməkdə təqsirləndirilən təşkilat rəhbəri bəraət istəyir

Avropa oyunları zamanı terror barədə yalan məlumat verməkdə təqsirləndirilən təşkilat rəhbəri bəraət istəyir
# 30 may 2016 10:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Terror barədə bilə-bilə yalan məlumat vermədə təqsirləndirilən 1960-cı il təvəllüdlü Aydın Xudiyev barəsində olan hökmdən apellyasiya şikayəti verib. O, şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

APA-nın məlumatına görə, onun apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası iyunun 2-də Bakı Apellyasiya Məhkəməsində keçiriləcək.


İttiham aktına görə, A. Xudiyev 2015-ci il iyunun 12-də I Avropa Oyunlarının açılış günü Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xidmətinə zəng edərək stadiona bomba qoyulduğunu bildirib.

O, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış nəticəsində saxlanılıb. A.Xudiyevin evindən “Sony” markalı diktofon və “Panasonic” markalı kaset aşkarlanaraq götürülüb. O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Xudiyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

A.Xudiyev “Yol Təhlükəsizliyi üzrə Əhalini Maarifləndirmə” İctimai Birliyinin rəhbəri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR