Türkiyə Böyük Millət Məclisinə ikinci dəfə bomba atılıb

 Türkiyə Böyük Millət Məclisinə ikinci dəfə bomba atılıb
# 16 iyul 2016 02:09 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. Ankarada 5 dəqiqə içərisində ikinci dəfə Türkiyə Böyük Millət Məclisi bombalamaya məruz qalıb.

APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, birinci bombalamadan sonra Məclisin bütün işıqları söndürülərək bir neçə təcili yardım maşını Məclisə göndərilib.

Dövlət çevrilişinə təşəbbüs edən ordu içindəki xunta ilə polis və təhlükəsizlik qüvvələri arasındakı silahlı atışmanın şiddətləndiyinə dair xəbərlər gəlməkdədir. İstanbulun mərkəzi bölgələrindən olan Hərbiyyə səmtindəki ordu evinin yaxınlığında partlayış və atışmalar olması nəticəsində hadisə yerinə təcili yardım maşınlarının göndərildiyi bildirilir.

Digər tərəfdən, AKP və MHP-dən olan çox sayda insan prezident Ərdoğanın İstanbuldakı evinin önünə gələrək dövlət başçısına dəstək mesajları veriblər.

Ölkənin baş kəşfiyyat idarəsi olan MİT-də verilən açıqlamada “çevriliş cəhdinin puça çıxarıldığı” bildirilib.

TBMM- binasına bomba atılmasından sonra TV kanalından xuntaçılara müraciət edən XI prezident Abdullah Gül, onları “leqal hökuməti devirməyə təşəbbüsdən vaz keçərək kazarmalarına dönməyə” çağırıb. Abdullah Gül, hadisələrin bir an əvvəl bitməsini və təhlükəsizlik qüvvələrinin səhərə qədər prosesləri tamamilə nəzarət altına alacaqlarına inandığını sözlərinə əlavə edib. Türk ordusunun qüvvə komandanlıqlarından verilən açıqlamaların, ordunun bu işi dəstəkləmədiyini göstərdiyini deyən Abdulah Gül, cərəyan edən hadisələrin səbəbini anlamadığını vurğulayıb.

İstanbulda mediaya açıqlama verin CHP lideri Kamal Kılıçdaroğlu isə leqal hökuməti və demokratiyanı dəstəkləməyə davam etməkdə heç bir problemlərinin olmadığını bir daha təkrarlayıb. Kamal Kılıçdaroğlu, cərəyan edən proseslərin ən az itkiylə bitməsini arzu etdiklərini sözlərinə əlavə edib.

Hazırda İstanbulun uçuş olmayan bölgələrində qırıcı təyyarələri uçmaqdadır. Mediaya açıqlama verən İstanbul valisi Vasip Şahin xalqla birlikdə qeyri-qanuni işlər görməyə çalışan xuntaçıları geri oturtmağa davam etdiklərini bildirib.

İstanbulun küçələrinə etiraz üçün çıxan vətəndaşların sayının getdikcə artdığı müşahidə edilməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR