Şair-publisist Dərviş Cavanşir vəfat edib

Şair-publisist Dərviş Cavanşir vəfat edib
# 15 dekabr 2014 10:23 (UTC +04:00)

Bakı – APA. Şair-publisist Dərviş Cavanşir vəfat edib.

Bu barədə APA-ya yazıçı Əlabbas Bağırov məlumat verib. Dərviş Cavanşir dünən saat 22 radələrində ürək tutmasından dünyasını dəyişib.

O bu gün Hövsan qəsəbəsindəki Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılıb.

Məmmədov Cavanşir Musa oğlu (Dərviş Cavanşir) 1954-cü il yanvarın 9-da Naxçıvan Muxtar Respublikasının Əliabad kəndində anadan olub.

Bədii yaradıcılığa XX əsrin 60-cı illərindən başlayıb. İlk dövrlərdə ədəbi-publisistik əsərləri və şeirləri Cavanşir Eloğlu, 1992-ci ildən isə Dərviş Cavanşir imzası ilə çap olunub.

1990-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 1996-cı ildən Jurnalistlər Birliyinin üzvü olub.

Qeyd edək ki, Ə. Bağırov əvvəlcə APA-ya açıqlamasında yanlış olaraq vəfat edən şəxsin tənqidçi Cavanşir Yusifli olduğunu bildirib. Dəqiqləşmə aparılandan sonra yanlışlıq aradan qaldırılıb.

Yanlışlığa görə C. Yusiflidən və oxuculardan üzr istəyirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR