BMT: Suriyalı qaçqınların sayı 1,15 milyona, məcburi köçkünlərin sayı isə 3,6 milyon nəfərə çatıb

BMT: Suriyalı qaçqınların sayı 1,15 milyona, məcburi köçkünlərin sayı isə 3,6 milyon nəfərə  çatıb
# 20 mart 2013 03:28 (UTC +04:00)

Bakı-APA. Suriyada davam edən silahlı münaqişə səbəbindən 1,15 milyon insan qaçqın olub, məcburi köçkünlərin sayı isə 3,6 milyon nəfərə çatıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu məlumatı martın 19-da ABŞ Konqresinin Senatında çıxışı zamanı BMT-nin qaçqınlarla iş üzrə Ali komissarı Antoniu Quterreş təqdim edib.

“Rəqəmlərə aydınlıq gətirilib: dünənki günədək (yəni martın 18-dək) Suriya ilə həmsərhəd ölkələrdə 1,15 milyon qaçqın olub”, deyə o qeyd edib. Bununla yanaşı, “daha 3,6 milyon insan ölkə daxilində məcburi köçkünə çevrilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR