“Algaya” neft tankerinin Hörmüz boğazının cənubunda dəniz minalarına toxunması nəticəsində partlayış baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Qüvvələri Komandanlığı məlumat yayıb.
Məlumata görə, “Algaya” neft tankeri Hörmüz boğazının cənubunda qadağan olunmuş ərazidən keçməyə cəhd edərkən dəniz minalarına toxunub və nəticədə partlayış baş verib.
Bildirilib ki, yanğını söndürmək və nəzarət altına almaq cəhdləri nəticəsiz qalıb, neft tankerinin bütün hissələri alovun içində qalıb.
SEPAH Dəniz Qüvvələri Komandanlığı bundan əvvəl qanunsuz marşrutun təhlükəli olması barədə xəbərdarlıq edildiyini vurğulayıb.
SEPAH Hörmüz boğazının hələ də bağlı olduğunu bildirib.