Şəmkirdə iki qardaşı bıçaqlayan şəxs saxlanılıb

Şəmkirdə iki qardaşı bıçaqlayan şəxs saxlanılıb
# 18 iyun 2016 08:40 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə iki qardaşı bıçaqlayan şəxs saxlanılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, ötən gecə Şəmkir rayon Kür qəsəbə sakini, 1975-ci il təvəllüdlü Mahir Abbasovu bıçaqlayaraq qətlə yetirən, onun qardaşı, 1982-ci il təvəllüdlü Zaur Abbasova isə bıçaqla ağır xəsarət yetirən Kür qəsəbə sakini, 1957-ci il təvəllüdlü Sabit Əliyev saxlanılıb.

İlkin məlumata görə, o, sərxoş olub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR