Sənədsiz mənzillərin qeydiyyatı prosesinin uzanmasından Bakı bələdiyyələri ildə 1,2 mln. manat itirir

Sənədsiz mənzillərin qeydiyyatı prosesinin uzanmasından Bakı bələdiyyələri ildə 1,2 mln. manat itirir
# 02 sentyabr 2015 09:44 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu “Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları” mövzusunda seminarda “Bələdiyyə həyatı” qəzetinin redaktoru Vüqar Tofiqli deyib.

Onun sözlərinə görə, sənədsiz mənzillərin qeydiyyatı prosesinin uzanması bələdiyyələrə daxil olacaq vəsaitlərin həcminə təsir edir: “Nəzərə alsaq ki, bu gün Bakı və Bakıətrafı ərazilərdə 550 mindən artıq sənədsiz mənzil vardır. Bu siyahıya yeni tikililəri, o cümlədən mənzillərdə aparılan artırmaları da əlavə etsək rəqəm bir qədər də arta bilər. Təxmini hesablamalara görə, sənədsiz mənzillərin ümumi həcmi üst-üstə 3 milyon kvadratmetr yaşayış sahəsi təşkil edir. Demək, Bakı bələdiyyələri il ərzində orta hesabla 1,2 milyon manat vəsaiti itirirlər. Təsəvvür edin ki, bu məbləğə kifayət qədər böyük layihələr icra etmək mümkündür”, - deyə V.Tofiqli vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR