“Bakcell” “Ulduzum” abunəçiləri üçün lotereyaya start verib

“Bakcell” “Ulduzum” abunəçiləri üçün lotereyaya start verib
# 19 mart 2015 12:13 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Bakcell” şirkəti “Ulduzum” proqramının üzvləri üçün “Bahar lotereyası”na start verir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu lotereya sayəsində “Bakcell” abunəçiləri “Ulduzum” proqramının tərəfdaşları tərəfindən təqdim olunan endirimlərdən faydalanmaqla yanaşı, hər gün “ALOV” smartfonu qazanmaq şansı əldə edəcəklər.

Lotereyanın əsas qalibinə Mançesterə 2 nəfərlik səyahət kuponu təqdim olunacaq. Lotereyada iştirak edən, lakin qalib gəlməyən abunəçilərə isə lotereya bitdikdən sonra 20 dəqiqəlik şəbəkədaxili pulsuz danışıq hədiyyə olunacaq.

Lotereyada iştirak etmək üçün “Ulduzum” tərəfdaşları olan “Megafun”, “189 Taksi” və ya “Hesab.az” xidmətlərinin birindən “Ulduzum” kodu vasitəsilə endirim almaq yetərlidir. Bu xidmətlərdən istifadə zamanı xərclənən məbləğ minimum 5 manat olmalıdır. Abunəçi balansından istifadə etdiyi hər 5 manat müqabilində bir uduş şansı qazanmış olur. 20 manat və daha artıq məbləğdə ödənişlər olduğu halda uduş şansları 2 dəfə artır.

Qaliblərin müəyyən edilməsi qaydalarına gəlincə, gün ərzində adıçəkilən 3 partnyorun xidmətlərindən “Ulduzum” kodu vasitəsi ilə istifadə edən abunəçi lotereyada iştirak şansı qazanır. Hər günün qalibi yeni daxil olan həftənin ilk iş günü ərzində xüsusi proqram təminatı vasitəsi ilə təsadüfi yolla seçilir.

İstənilən günün qalibi əsas uduşun sahibi ola bilər. Əsas uduşun sahibi yalnız 1 nəfər ola bilər.

Uduşda lotereyanın ilk günündən son gününədək şans toplayan bütün iştirakçılar iştirak edir. Əsas uduşun sahibi 25 may 2015-ci il tarixində xüsusi proqram təminatı vasitəsi ilə təsadüfi yolla müəyyən ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR