Abid Şərifov: “Bakı-Tiflis-Qars layihəsi möcüzədir”

Abid Şərifov: “Bakı-Tiflis-Qars layihəsi möcüzədir”
# 16 oktyabr 2014 09:45 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Bakı-Tiflis-Qars layihəsi möcüzədir. Bu gün Çindən Avropanın mərkəzinə bir aya gediriksə, bu dəhliz işlədikdən sonra “Marmaray” layihəsi vasitəsi ilə 12 günə bu yolu qət etmiş olacağıq. Odur ki, bu xətt Azərbaycan üçün ağlasığmaz layihədir”.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov bildirib.

“Məqsədimiz bu layihəni bütün dünyaya təqdim etmək, tanıtmaqdır. Avropa bu gün ən çox tranzit daşınmalara görə bir-biri ilə “savaşır”. Bu layihə ilə Azərbaycan üzərindən milyonlarla yük daşınacaq. Bu, ciddi məsələdir”, - deyə A. Şərifov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR