Bakının iki rayonunun içməli su təchizatı məhdudlaşdırılır

Bakının iki rayonunun içməli su təchizatı məhdudlaşdırılır
# 16 dekabr 2014 07:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakının iki rayonunda içməli su fasilələrlə veriləcək.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri Salatın Əsgərova küçəsində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar dekabrın 16-da gün ərzində Nəsimi və Yasamal rayonlarının bir hissəsinə - Bülbül və Xətai prospektləri, S. Əsgərova, S. Vurğun, A. Qurbanov, C. Məmmədquluzadə, S. Rəhimov, Topçubaşov, R. Rza, Mərdanov qardaşları küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR