Bakıda 4 otaqlı ev yanıb

Bakıda 4 otaqlı ev yanıb
# 17 dekabr 2014 00:58 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli, 4 otaqlı evdə baş verib. Nəticədə evin 3 otağının yanar konstruksiyaları 74 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR