Gələn il buraxılış imtahanlarında yenilik ediləcək

Gələn il buraxılış imtahanlarında yenilik ediləcək
# 18 iyun 2016 11:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Növbəti tədris ilində IX sinifdə təhsil alacaq şagirdlər 2008/2009-cu tədris ilindən tədrisinə başlanan kurikulum proqramı ilə təhsil alan uşaqlardır. Onların IX sinfi bitirdikləri zaman qiymətləndirmədə müəyyən yeniliklərin tətbiqi gözlənilir”.

APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov “Ədəbiyyat biliciləri” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib. O bildirib ki, növbəti tədris ilindən etibarən həmin yeniliklərdən biri şagirdlərin yazı qabiliyyətlərinin yoxlanması, inkişaf etdirilməsi və stimullaşdırılması məqsədilə buraxılış imtahanın tərkib hissəsi kimi essenin (yazı işlərinin) tətbiq olunmasıdır.

Nazir müavini qeyd edib ki, hazırda müvafiq dövlət qurumlarından olan həmkarlarla bu istiqamətdə işlər davam etdirilir. Onun sözlərinə görə, yeni tədris ilinin əvvəlində bunun hansı formada həyata keçirilməsi, kimə şamil edilməsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR