Tacikistanın sabiq daxili işlər naziri azadlığa buraxılıb

Tacikistanın sabiq daxili işlər naziri azadlığa buraxılıb
# 21 iyun 2016 09:30 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Tacikistanın sabiq daxili işlər naziri Yaqub Səlimov azadlığa buraxılıb.

APA-nın “tajikta.tj” saytına istinadən verdiyi xəbərə görə, bu barədə sabiq nazirin qohumları məlumat verib.

60 yaşlı Y. Səlimov 13 il məhkumluq həyatı yaşayıb.

Qeyd edək ki, Y. Səlimov 2003-cü ildə Rusiyada saxlanılıb və Tacikistan tərəfinin sorğusu əsasında ekstradisiya edilib. O, 2005-ci ildə vətənə xəyanətdə ittiham edilərək 15 il müddətinə azadlıqdan məhrum edilib. Y. Səlimovun həbs müddəti amnistiya qərarına əsasən azaldılıb.

Xatırladaq ki, Y. Səlimov Tacikistan xalq hərəkatının liderlərindən biri olub. 1997-ci ildə o, prezident Emomali Rəhmona qarşı təşkil edilmiş sui-qəsdin qarşısını alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR