"Azəristiliktəchizat" ötən ili böyük zərərlə başa vurub

"Azəristiliktəchizat" ötən ili böyük zərərlə başa vurub
# 27 iyun 2016 07:53 (UTC +04:00)

Bakı - APA-Economics. "Azəristiliktəchizat" ASC 2015-ci ildə aktivlərini 191,722 mln. manata çatdırıb ki, bu da 2014-cü illə müqayisədə 2,1% çoxdur.

"APA-Economics" xəbər verir ki, aktivlərin 166,722 mln. manatı (1,3% artım) uzunmüddətli, 24,9 mln. manatı isə (7,8% artım) qısamüddətlidir.

Hesabat dövründə dövlət şirkətinin öhdəlikləri 73,176 mln. manata çatıb ki, bu da illik müqayisədə 9,9% artım deməkdir. Yeri gəlmişkən, öhdəliklərin hamısı qısamüddətlidir ki, bunun da 71,442 mln. manatı (13,15% artım) qısamüddətli kreditor borclarının payına düşür.

ASC-nin nizamnamə kapitalı dəyişməyərək 19,266 mln. manat olaraq qalıb, cəmi kapitalı isə 2,98% azalaraq 118,546 mln. manat olub.

"Azəristiliktəchizat" 195,747 mln. manatlıq kapital ehtiyatı yaradıb ki, bu da 2014-cü illə müqayisədə 4,4% çoxdur.

Şirkətin 2015-ci il üzrə ödənilməmiş zərəri 96 mln. 466,925 min manat (14,1% artım) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR