“İnter RAO”-nun rəhbəri: “Ermənistan Elektrik Xətlər” QSC-dəki itkilər Ermənistanın hazırkı idarəetmə sisteminin nəticəsidir”

“İnter RAO”-nun rəhbəri: “Ermənistan Elektrik Xətlər” QSC-dəki itkilər Ermənistanın hazırkı idarəetmə sisteminin nəticəsidir”
# 01 iyul 2015 15:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Ermənistanda elektrik enerjisi tariflərinin artması nəticəsində kütləvi etiraz aksiyalarının baş tutması və ölkənin elektrik enerjisi sektorunda yaranmış çətin vəziyyət, ancaq iqtisadi səbəblərlə bağlıdır və siyasətlə heç bir əlaqəsi yoxdur. Bu, sektorun idarə edilməsində sistemli problemlərin yaranmasının bir nəticəsidir".

APA-Economics”in TASS-a istinadən verdiyi xəbəra görə, bu barədə Rusiyanın “İnter RAO” şirkətinin İdarə Heyətinin sədri Boris Kovalçuk bildirib.

B. Kovalçuk deyib ki, “İnter RAO” şirkətində audit yoxlamasının aparılmasını alqışlayır: “Əminəm ki, bu auditin sonunda bu sahədə sistemli dəyişikliklərin edilməsinə ehtiyacın olduğu nəticəsinə gəlinəcək. “Ermənistan Elektrik Xətləri” QSC-nin itkiləri ölkədə hazırkı idarəetmə sisteminin nəticəsidir”.

Onun sözlərinə görə, tənzimləmə sistemi şirkətləri “Ermənistan Elektrik Xətləri” şirkətinin hesabına maliyyələşməyi təklif edir: "Həmçinin, vadar edir ki, şirkət Ermənistanın təsdiq edilmiş enerji balansından daha da baha qiymətə elektrik enerjisi alsın və istehlakçılar hesabına kompensasiya edilməsin”.

O əlavə edib ki, 11 il ərzində tariflərin kifayət qədər artmaması, “Metsamor” atom elektrik stansiyasında təmirin edilməsi və Ermənistanın su elektrik stansiyalarında istehsalın azalması ölkənin paylayıcı şəbəkə kompleksində 37 mlrd. dram (4,3 mlrd. rubl) kəsirin yaranmasına səbəb olur. "Bu da asan olmayan maliyyə vəziyyətində yaranmış çətinliklərin əsas səbəbi olub”, - deyə B. Kovalçuk deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR