Azərbaycanda istintaq təcridxanasına “Rexona” qabında narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Azərbaycanda istintaq təcridxanasına “Rexona” qabında narkotik keçirilməsinin qarşısı alınıb - <span style="color: red;">FOTO
# 16 avqust 2014 07:18 (UTC +04:00)

Bakı – APA. Azərbaycanda istintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq Təcridxanasında saxlanılan həbs edilmiş şəxs Rauf Həsən oğlu Həsənova dostu, Bakı şəhəri, Naxçıvanski küçəsi ev 20, mənzil 24 ünvanında yaşayan vətəndaş Toğrul Bakıxan oğlu Əsgərovun gətirdiyi sovqata baxış keçirilən zaman, “Rexsona” gel qabının içərisində sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 0,082 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR