Azərbaycanın Tacikistandakı səfiri bu ölkənin mədəniyyət naziri ilə görüşüb

Azərbaycanın Tacikistandakı səfiri bu ölkənin mədəniyyət naziri ilə görüşüb
# 20 sentyabr 2014 13:25 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin mədəniyyət naziri Şamsiddin Orumbekov ilə görüşüb.

Səfirlikdən APA-ya verilən məlumata görə, tərəflər bu ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulan mədəni tədbirlər barədə fikir mübadiləsi aparıblar.

Tədbirlər planına Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasının Düşənbə şəhərində S.Ayni adına Opera və Balet Teatrında yenidən səhnəyə qoyulması, Heydər Əliyev haqqında yazıçı-publisist Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman”, N.Zinkoviçin “Həyatın keşməkeşləri” və ingilis müəllifi Qrey Vilsonun Azərbaycan prezidenti İlham Əliyev haqqında yazdığı “İlham: Portrait of a President” kitablarının səfirliyin təşəbbüsü və maliyyə dəstəyi ilə tacik dilində tərcümə və çap edilmiş nüsxələrinin təqdimat mərasimlərinin keçirilməsi, ustad dərsləri, qala konsertin təşkili və s. daxildir.

Səfir A.Həsənov görüş zamanı “Əsrin müqaviləsi”nin imzalanmasından keçən 20 il müddət ərzində Azərbaycanın inkişaf yolundan danışaraq, ölkəmizin əldə etdiyi uğurlar barədə həmsöhbətinə məlumat verib. Səfir bildirib ki, “Əsrin müqaviləsi” Azərbaycan xalqının və dövlətinin taleyini dəyişmiş müqavilədir və onun imzalanmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub.

Tərəflər həm Azərbaycan prezidenti İ.Əliyev, həm də Tacikistan prezidenti E.Rahmonun rəhbərliyi ilə dövlətlərimizin stabil inkişaf yolu ilə irəlilədiklərini məmnunluq hissi ilə vurğulayaraq, bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrimizin ildən ilə daha geniş vüsət aldığını qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR