Qəzzada atəşkəs yenidən pozulub

Qəzzada atəşkəs yenidən pozulub
# 19 avqust 2014 16:44 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Qəzzada avqustun 13-dən bəri davam edən atəşkəs yenidən pozulub. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Qəzza zolağından atılan raket atəşlərinə cavab olaraq İsrailin hərbi təyyarələri əraziyə hava zərbələri endirməyə başlayıblar. Ölənlər və yaralananlar barədə məlumat yoxdur.

Qeyd olunur ki, atəşkəs razılığının hələ qüvvədə olmasına baxmayaraq, Qəzzadan İsrailə üç raket buraxılıb. Beer-Şev yaşayış məntəqəsinin yanında səhralıqda partlayan raketlərdən sonra İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağına şiddətli zərbələri müşahidə olunub.

Hələlik bu raket zərbələrinə görə heç kim məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, ötən gecə Misirin vasitəçiliyi ilə atəşkəs daha bir günlük uzadılmış və 8 maddəlik atəşkəs formulu tərəflərin müzakirəsinə verilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR