Bakıda aşan avtomobil yanıb, sərnişin xəsarət alıb

Bakıda aşan avtomobil yanıb, sərnişin xəsarət alıb
# 28 oktyabr 2015 06:07 (UTC +04:00)

Bakı-APA. Bu gün Bakıda avtomobil yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Səbail rayonunda vətəndaşa məxsus "Qazel" markalı yük avtomobilinin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Hadisə zamanı avtomobildə olan sərnişin müxtəlif bədən xəsarətləri alaraq təcili tibbi yardım xidmətinə təhvil verib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR