İranlı deputat: “Azərbaycan siyasətçilərinin yeganə istəyi “Traktorsazi” komandasını dəstəkləməkdir”

İranlı deputat: “Azərbaycan siyasətçilərinin yeganə istəyi “Traktorsazi” komandasını dəstəkləməkdir”
# 12 aprel 2013 16:35 (UTC +04:00)

APA-nın İRİB-ə istinadən məlumatına görə, bu fikirləri İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Mənsur Həqiqətpur aprelin 10-da Ərdəbil şəhərində keçirilmiş “Deyilməmiş sözlər” seminarında çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Bakıda İran əleyhinə tədbirlərin keçirilməsi ilə Şimali və Cənubi Qafqazın 17 şəhəri ilə İran arasında yaranmış inteqrasiya meylinin qarşısı alınmağa çalışılır: “Azərbaycan Respublikasının 20% ərazisinin Ermənistanın işğalı altında olduğu bir vaxtda İran azərbaycanlılarının Azərbaycana birləşdirilməsi məsələsini gündəmə gətirmək mənasız bir iddiadan və millətçiliyi alovlandırmaqdan başqa bir şey deyil. Məlumdur ki, tarix boyu Araz çayının şimalındakı ərazilər Azərbaycan adlanmırdı. Ona görə də bundan sonra İranda Azərbaycan Respublikasında cərəyan edən bu kimi hərəkətlər müqabilində xalqın hökumətin mənfi siyasətləri qarşısında dayanması üçün aydınlatma işləri görülməlidir”.

M.Həqiqətpur deyib ki, hazırda pantürkist qüvvələr Türkiyədə müxtəlif vasitələrlə təchiz edilirlər: “Əlbəttə, pantürkizm panazərizmdən fərqlidir. Bu ssenarının kökləri rusların regiondakı siyasətlərindən mənşə alır. Ruslar belə bir hədəf izləyirdilər və bu kimi məsələləri gündəmə gətirməklə Azərbaycanı İran Azərbaycanına birləşdirmək, daha sonra İran Kürdüstanını İraq Kürdüstanına və sonda İraqın Fav limanına və isti sulara çıxış yolu tapmaq niyyətində idilər. Onların bu planı baş tutmasa da, əkdikləri toxum hələ də Azərbaycanı öz təsiri altında saxlayır”.

Qeyd edək ki, bu il martın 30-da Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) təşkilatçılığı ilə Bakıda “Çağdaş Güney Azərbaycanın sabahı” mövzusunda konfrans keçirilib. Tədbirdə səsləndirilmiş fikirlərə etiraz olaraq Azərbaycanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR