Sabirabadda yol qəzasında yaralanan sürücü ölüb - YENİLƏNİB

Sabirabadda yol qəzasında yaralanan sürücü ölüb - <span style="color: red;">YENİLƏNİB
# 04 iyul 2016 01:25 (UTC +04:00)

Sabirabad.Əlibəy Zeynallı-APA. Sabirabadın Qaratoğay kəndində baş verən yol qəzasında ağır xəsarət alan sürücü ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə,1978-ci il təvəllüdlü Hüseynov Kərim Şirvan şəhər xəstəxanasında dünyasını dəyişib.

Ötən axşam Sabirabad sakini R.Hüseynovun idarə etdiyi “Fiat” markalı avtomobil böyük sürətlə yoldan çıxaraq hasara çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər, rayonun Həşimxanlı kənd sakinləri-1985-ci il təvəllüdlü Əsədov Röyal Akif oğlu və qardaşı 1982-ci il təvəllüdlü Əsədov Xəyal Akif oğlu ağır bədən xəsarətləri xəstəxanaya yerləşdirilib.

***

01:25

Sabirabad. Əlibəy Zeynallı-APA. Sabirabadda ağır yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza nəticəsində sürücü və iki qardaş ağır bədən xəsarətləri alıb.


Hadisə 00.20 radələrində Sabirabad rayonunun Qaratoğay kəndində baş verib. Sabirabad sakini, 1978-ci il təvəllüdlü Hüseynov Kərim Süleyman oğlunun idarə etdiyi “Fiat” markalı 10 TG 780 dövlət nömrə nişanlı şirkət avtomobili böyük sürətlə yoldan çıxaraq hasara çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər, rayonun Həşimxanlı kənd sakinləri-1985-ci il təvəllüdlü Əsədov Röyal Akif oğlu və qardaşı 1982-ci il təvəllüdlü Əsədov Xəyal Akif oğlu ağır bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.


Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR