Pentaqon: “Baltikyanı ölkələr və Polşada NATO taborlarının yerləşdirilməsi Rusiyanın hərəkətlərinə cavabdır”

Pentaqon: “Baltikyanı ölkələr və Polşada NATO taborlarının yerləşdirilməsi Rusiyanın hərəkətlərinə cavabdır”
# 08 iyul 2016 22:03 (UTC +04:00)

Bakı-APA. Baltikyanı ölkələr və Polşada NATO-nun 4 taborunun yerləşdirilməsi Rusiyaya Alyansın birliyini nümayiş etdirmək və onun hərəkətlərinin qarşısını almağa yönəlib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik üzrə köməkçisi Elissa Slotkin bəyan edib.

"NATO-nun atdığı addım Rusiyanın hərəkətlərinə birbaşa cavabdır. Düzdür, NATO ilə Rusiya arasında dialoq mövcuddur. Lakin Rusiya həm bizim reaksiyamızı, eləcə də Şərqi Avropadakı tərəfdaşlarımızın müdafiəsinə qalxmağa hazır olduğumuzu görməlidir”, deyə E.Slotkin bildirib.

İyulun 8-də Polşanın paytaxtı Varşavada NATO-nun Sammiti işə başlayıb. NATO-ya üzv dövlətlərin liderləri Baltikyanı ölkələr və Polşada dörd çoxmillətli tabor yaratmağa qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR