İran və “altılıq” ölkələri arasında nüvə danışıqları Nyu-Yorkda davam etdiriləcək

İran və “altılıq” ölkələri arasında nüvə danışıqları Nyu-Yorkda davam etdiriləcək
# 18 avqust 2014 15:02 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. İran və “altılıq” ölkələri arasında nüvə danışıqları sentyabrda Nyu-Yorkda davam etdiriləcək.

APA-nın “Rosbalt” istinadən verdiyi məlumata görə, bu barədə İran xarici işlər nazirinin müavini Abbas Əraqçı bildirib.

Onun sözlərinə görə, danışıqlar BMT-nin Baş Assambleyası sessiyası çərçivəsində baş tutacaq.

Qeyd edək ki, BMT Baş Assambleyasının sessiyası sentyabrın 16-da başlayacaq. Əgər danışıqlarda İran tərəfi zənginləşdirilmiş uran ehtiyatlarını 20 faizə qədər endirməyə razılaşarsa, “altılıq” ölkələrində dondurulmuş İrana məxsus 2,8 milyard ABŞ dolları həcmində vəsait yenidən aktivləşə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR