Saymon Kleq: "Olimpiya stadionu bağlanış mərasiminə tam hazırdı"

Saymon Kleq: "Olimpiya stadionu bağlanış mərasiminə tam hazırdı"
# 26 iyun 2015 08:10 (UTC +04:00)

Bu gün keçirilən mətbuat konfransında iştirak edən baş direktor dünənin yekunları ilə bağlı məlumat verib: “Könüllülər dünən də çox səy göstərdilər. Oyunların uğurlu keçməsində əməklərini əsirgəmirlər. Hava proqnozuna görə, dünən kiçik dəyişiklik etmişik. BMX velosiped yarışlarının vaxtında dəyişiklik olub. Dəyişikliklər bütün maraqlı tərəflərlə razılaşdırılıb. Olimpiya stadionu artıq bağlanış mərasiminə tam hazırdı. Keçid prosesi başa çatıb. Bu gün 23 medal dəsti sahiblərinə çatdırılacaq. Azərbaycan yığmasının uğurları əhalinin Oyunlara marağını artırıb. Bununla bağlı hər kəsi təbrik edirik. Bu, Azərbaycan heyətinin nailliyyətidi. Bu gün 29 min tamaşaçı olacaq. Şənbə günü 26 minə yaxın tamaşaçının gəlişi gözlənilir. Hazırda vəziyyət normaldı. Bu uzun yolu gözəl nəticələrlə başa çatdırırıq. Əvvəlki səviyyədə xidmətlər göstərməyə köklənmişik. Hər kəs əlindən gələni edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR