Ötən il icra və məhkəmə orqanlarında dövlət qulluğu vəzifələrinə müsabiqədən və müsahibədən kənar təyinatlar olmayıb

Ötən il icra və məhkəmə orqanlarında dövlət qulluğu vəzifələrinə müsabiqədən və müsahibədən kənar təyinatlar olmayıb
# 11 fevral 2015 15:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “2014-ci il üzrə mərkəzi icra və məhkəmə hakimiyyəti orqanlarında müsabiqədən və müsahibədən kənar inzibati dövlət qulluğu vəzifəsinə təyinatlar aparılmayıb”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov deyib.

V.Əsgərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməsi nəticəsində artıq bu cür hallara rast gəlinmir: “Əvvəllər belə hallara rast gəlinirdi və bu fakt müəyyən olunduqda qanunvericiliyin pozulması halı dərhal aradan qaldırılırdı. Artıq bu cür hallara rast gəlinmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR