ARDNŞ ötən ay neft hasilatını artırıb

ARDNŞ ötən ay neft hasilatını artırıb
# 22 sentyabr 2014 13:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin avqust ayında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 710,1 min ton neft hasil edilib.

APA-Economics”in ARDNŞ-in statistika rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% çoxdur. Ötən iyul ayı ilə müqayisədə isə ARDNŞ tərəfindən aparılan neft hasilatı 0,05% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar ayında bu rəqəm 715,4 min ton, fevralda 651,7, mart ayında isə 741,6 min ton, apreldə 686,2 min ton, mayda 715,9 min, iyun ayında 687,4 min ton, iyul ayında isə 709,7 min ton təşkil edib.

Bu ilin yanvar-avqust aylarında isə ARDNŞ tərəfindən isə ümumilikdə 5 618,0 min ton neft hasil edilib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 1,04% çoxdur.

Ümumilikdə avqust ayında ölkə üzrə 3644.2 min ton neft hasil edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 0,2% azdır.

Bu ilin yanvar ayında ölkə üzrə 3 639,2 min ton, fevralda 3 622,5 min ton, mart ayında 3 622,5 min ton, apreldə 3 632,5 min ton, mayda 3 707,8 min ton, iyun ayında 3 483,9 min ton, iyul ayında isə 3 708,2 min ton neft hasil edilib.

Ümumilikdə bu ilin yanvar-avqust aylarında 29 010,8 min ton neft hasil edilib ki, bu da 2013-cü ilin 8 ayı ilə müqayisədə 1,2% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR