Vəzifə saxtakarlığı, külli miqdarda dələduzluq, rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilən "AAF İnşaat" MMC-nin podratçısı Cavid Umudlu və "Xalq-City" mənzil tikinti kooperativinin sədri Bəxtiyar Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyulun 5-nə təyin edilib.
İttiham görə, təqsirləndirilən şəxslər Bakıda "AAF İnşaat" MMC-yə məxsus binadakı mənzilləri dələduzluq yolu ilə bir neçə nəfərə satıblar.
İş üzrə 70-ə yaxın zərərçəkmiş şəxs var.