İtaliyalı alimlər Multikulturalizm Mərkəzinin qonağı olub - FOTO

İtaliyalı alimlər Multikulturalizm Mərkəzinin qonağı olub - <span style="color: red;">FOTO
# 02 may 2015 11:33 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün İtaliya Coğrafiya Cəmiyyətinin Azərbaycanda səfərdə olan üzvləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qonağı olub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, italiyalı alimlər və müxtəlif təşkilatların rəhbərlərindən ibarət 18 nəfərlik heyətin Azərbaycana səfəri İtaliya-Azərbaycan Assosasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilir.

Görüşdə Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov müasir dövrdə Azərbaycanın dünyanın ən tolerant ölkələrindən biri olmasının mühüm tarixi səbəbləri, bunun dövlət siyasəti olması barədə fikirlərini bildirib.

Mərkəzin icraçı direktoru, professor Azad Məmmədov qonaqlara BBMM-in fəaliyyəti və bir çox xarici ölkələrdə, o cümlədən Romanın Sapienza universitetində tədris edilən “Azərbaycan Multikulturalizmi” fənni barədə məlumat verib.

Mərkəzin müşaviri Aynur Bəşirli İtaliya Coğrafiya Cəmiyyəti və İtaliya-Azərbaycan Assosasiyası ilə birgə müxtəlif konfrans və dəyirmi masaların keçirilməsinin mümkünlüyündən danışıb.

İtaliya Coğrafiya Cəmiyyətinin prezidenti, professor Franko Salvatori və İtaliya-Azərbaycan Assosiasiyasının prezidenti Paola Kasaqrande Azərbaycana səfərlərinin məramı haqda məlumat verib və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əməkdaşlıqda maraqlı olduqlarını bəyan ediblər.

Görüşdə İtaliyalı qonaqlara Azərbaycandakı dini icmaların fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

İtaliyalı alimlərin Azərbaycanda səfər müddəti 10 gün davam edəcək və Bakını, bölgələrdən isə Quba, Qəbələ və Qaxı əhatə edəcək. Səfər müddətində ölkənin ali təhsil ocaqlarının və dini qurumlarının rəhbərliyi ilə də görüşlərin keçirilməsi nəzərdə tutulur.

İtaliya Coğrafiya Cəmiyyəti 1867-ci ildə Florensiyada yaradılıb. Cəmiyyət 1868-ci ildən, Avropada ilk akademik coğrafiya jurnalı olan “İtaliya Coğrafiya Cəmiyyətinin Bülleteni”ni nəşr edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR