Səfir: "İran Rəşt-Astara dəmiryol xəttinin inşasına sərmayələr cəlb edir"

Səfir: "İran Rəşt-Astara dəmiryol xəttinin inşasına sərmayələr cəlb edir"
# 21 aprel 2015 13:04 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İran hazırda Rəşt-Astara dəmiryol xəttinin inşası üçün sərmayələrin cəlbi ilə məşğul olur.

APA-nın məlumatına görə, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib.

Onun sözlərinə görə, bu yol çox əhəmiyyətli hesab edilir və şimalla cənubu birləşdirəcək əhəmiyyətli dəhliz hesab olunur: "Şimal-cənub dəhlizində iştirak edən bütün ölkələr bu layihədə iştirak etməli və onu dəstəkləməlidirlər. Biz bu məsələni İslam İnkişaf Bankı və İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) tərkibində olan bankda qaldırmışıq və planın həyata keçməsi üçün lazım olan sərmayələrin cəlbi istiqamətində çalışacağıq. Çindən bəzi şirkətlər tikintiyə maraq göstərirlər və burada pay sahibi olmaq istəyirlər. İranla Rusiya arasında da müzakirələr gedir. Ümid edirəm ki, bu müzakirələr tezliklə nəticələnəcək. Həmçinin İranla Azərbaycan arasında Astara körpüsünün salınmasına dair razılıq əldə olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR