Azərbaycan XİN başçısı: “Həmsədrlərlə əvvəldən danışmışdıq” - VİDEO

Azərbaycan XİN başçısı: “Həmsədrlərlə əvvəldən danışmışdıq” - <span style="color: red;">VİDEO
# 28 aprel 2015 11:37 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Həmsədrlərlə əvvəldən danışmışdıq ki, aprel qurtarsın, ondan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini yerindən necə tərpədə biləcəyimiz barədə fikirləşək”.

APA-nın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazirin sözlərinə görə, Ermənistan tərəfi müəyyən bəhanələr gətirirdi ki, aprel ayında müəyyən tədbirləri var: “Artıq aprel qurtarır. Aprelin 30-da Parisdə həmsədrlərlə görüşəcək, hansı planları quracağımızı müzakirə edəcəyik.

İlk növbədə, Ermənistan qoşunlarını işğal etdiyi torpaqlardan çıxarmalıdır. Ondan sonra atacağımız addımları müəyyənləşdirəcəyik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR