Bank Of Baku

Lənkəranda avtomobil hasara çırpılıb, xəsarət alan var

Lənkəranda avtomobil hasara çırpılıb, xəsarət alan var
# 18 aprel 2018 14:29 (UTC +04:00)

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-ın cənub bürosunun məlumatına görə, hadisə rayonun Separadi kəndində qeydə alınıb. Həmin kənd sakini, 1965-ci il təvəllüdlü Əlişan Şahbaz oğlu Nağıyev idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq kənd sakinlərindən birinin həyətyanı hasarına çırpılıb.

 

Qəza zamanı Ə. Nağıyev müxtəlif bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda ona tibbi yardım göstərilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR