Şəki Fransanın Kolmar şəhəri ilə qardaşlaşıb

Şəki Fransanın Kolmar şəhəri ilə qardaşlaşıb
# 20 noyabr 2015 13:25 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Şəki Fransanın Elzas bölgəsində yerləşən Kolmar şəhəri ilə qardaşlaşıb.

APA-nın “haberler.com” saytına istinadən verdiyi xəbərə görə, Kolmar bələdiyyə başqanı Jilbert Meyerlə Şəki icra başçısı Elxan Usubov arasında müvafiq saziş imzalanıb.

Mərasimdə Elzas Bölgə Məclisinin başqanı Filip Riçard və Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov iştirak edib.

J. Meyer Şəki ilə təhsil və iqtisadi sahələrdə əməkdaşlıq etməyi planlaşdırdıqlarını deyib. Onun sözlərinə görə, Kolmarda Yeni il bazarında Şəki ilə bağlı iki stend yer alacaq.

E. Usubov isə Parisdə baş verən terror nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib. Şəki ilə Kolmar arasında oxşarlıqların olduğunu deyən E. Usubov Şəkidə bir qismi UNESCO irsinə daxil olan 84 memarlıq abidəsinin olduğunu, beynəlxalq musiqi festivallarının keçirildiyini diqqətə çatdırıb. O, şəhərlərin qardaşlaşması haqqında anlaşmanın Azərbaycanla Fransa arasındakı münasibətlərə töhfə verəcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR